İtaliyada keçirilən XXV Qış Olimpiya Oyunlarında bu gün Azərbaycanı dağ xizəyi yarışlarında təmsil edən Anastasiya Papatoma mübarizəyə başlayacaq.
Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, idmançının çıxışını vitse-prezident Çingiz Hüseynzadə və Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev izləyəcək.
18 yaşlı dağ xizəkçisi slalom növündə mübarizə aparacaq. Kortina Ampetsoda təşkil olunacaq yarışlara Bakı vaxtı ilə 13:00-da start veriləcək.
Azərbaycan komandası Milan-Korrina-2026 Qış Olimpiya Oyunlarında 2 idmançı ilə təmsil olunur. Oyunların əvvəlki günlərində Vladimir Litvintsev fiqurlu konkisürmə yarışlarının qısa proqramda çıxış edib. Hakimlərdən 63,63 bal alan idmançı bu nəticə ilə sərbəst proqrama vəsiqə qazana bilməyib.












































































