1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azad Rəhimov Dubaya getdi
Gənclər və idman naziri Azad Rəhimov martın 23-də keçiriləcək "3-cü İdman İctimaiyyəti Mükafatı”nın (Sport İndustry Awards) təqdimat mərasimində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə səfərə yola düşüb. Nazirliyin mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, 3-cü dəfədir keçirilən ali idman tədbiri mükafatı 14 kateqoriya üzrə son 1 il ərzində idmanın inkişafında xüsusi xidmətləri olan ölkələrə təqdim olunur.
A.Rəhimovun Azərbaycan idmanında son illər ərzində görülən işlərlə bağlı iştirakçıları daha yaxından tanış etməsi məqsədi ilə çıxışı nəzərdə tutulub. Təqdimat əsnasında nazir ölkəmizdə keçirilmiş ilk Avropa Oyunları, bu Oyunlar zamanı 17 gün ərzində 6000-dən çox atletin 20 idman növündə mübarizə apardığını diqqətə çatdıracaq, bu il ölkəmizdə Formula 1 üzrə Avropa Qran Prisi, Ümumdünya Şahmat Olimpiadası, 2017-ci ildə İslam Həmrəyliyi Oyunları, 2020-ci ildə isə futbol üzrə Avropa çempionatının 3 qrup və 1 yarımfinal oyununun Bakıda keçiriləcəyi haqda məlumat verəcək.
IV İslam Həmrəyliyi Oyunları haqda daha geniş söz açarkən A.Rəhimov Oyunların gələn ilin 12 - 22 mayında keçiriləcəyini, 20 idman növündə 5000 idmançının mübarizə aparacağını və 14 idman obyektinin artıq tikilərək istifadəyə verildiyini diqqətə çatdıracaq.
Nazir ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın rəhbərliyi altında ölkədə aparılan idman siyasəti, onun inkişafı haqda qonaqları geniş şəkildə məlumatlandıracaq və görülən işlərin bariz nümunəsi olaraq bu il dünyanın nüfuzlu "Sport Business Group” şirkətinin keçirdiyi sorğuya əsasən Azərbaycanın idman oyunlarını yüksək səviyyədə keçirməsində 150 qlobal ölkə arasında 30-cu yerdə qərarlaşdığını bildirəcək.
Qeyd edək ki, "3-cü İdman İctimaiyyəti Mükafatı” uğrunda mübarizədə bu il Bəhreyn, Küveyt, Oman, Səudiyyə Ərəbistanı, İordaniya, Livan və Birləşmiş Ərəb Əmirliklərindən 196 müraciət olub.