1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |
Nazir: "Bizim üçün fərqi yoxdur"
Formula 1 rəhbərliyindəki dəyişikliyin Azərbaycan Qran Prisinə heç bir təsiri olmayacaq.
Sportnet.az-ın məlumatına görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov açıqlama verib. O bildirib ki, Berni Ekklstounun Çeyz Keri ilə əvəzlənməsi Azərbaycan üçün heç bir fərq etmir: "Əvvəl necə olubsa, yeni rəhbər şəxslərlə də o qaydada işləyəcəyik. Bizim onlarla çox yaxşı əlaqlərimiz var".
A.Rəhimovun fikrincə, Formula 1-in hazırkı səviyyəyə çatmasında B.Ekklstounun müstəsna rolu var: "Lakin o, hissələrin böyük qismini başqa bir şirkətə satıb. Özünə isə 5 faiz saxlayıb. Hazırkı səhmdarlar onunla əməkdaşlıq etdirməməyi üstünlük verdilər".
Qeyd edək ki, bu il Azərbaycan Qran Prisi 23 - 25 iyunda keçiriləcək.