Bakıda keçirilən Formula 1 üzrə Azərbaycan Qran Prisinin qalibi müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, nüfuzlu yarışın Azərbaycanda baş tutan VIII mərhələsində "Red Bull” komandasının pilotu Daniel Rikardo birinci olub. Valtteri Bottas (Mercedes) ikinci, Lens Stroll (Williams) isə üçüncü yeri tutub.
Mükafatçılara kubokları prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, Avtomobil İdmanı Federasiyasının prezidenti Anar Ələkbərov və gənclər və idman naziri Azad Rəhimov təqdim ediblər.
Azərbaycan Qran Prisi
1. Daniel Rikkardo ("Red Bull") – 02:03:55.570
2. Valterri Bottas ("Mercedes”) – 02:03:59.474
3. Lens Stroll ("Willams") – 02:03:59.579
4. Sebastyan Fettel ("Ferrari") – 02:04:01.546
5. Luis Hamilton ("Mercedes”) – 02:04:01.758
6. Esteban Okon ("Force İndia") – 02:04:25.868
7. Kevin Maqnussen ("Haas”) – 02:04:37.323
8. Karlos Sayns ("Toro Rosso”) – 02:04:44.970
9. Fernando Alonso ("McLaren Honda") – 02:04:55.121
10. Paskal Verlyayn ("Sauber") – 02:05:24.663
11. Markus Eriksson ("Sauber") – 02:05:27.364
12. Stoffel Vandorn ("McLaren Honda") – 02:04:27.730
13. Roman Qrojan ("Haas”) – 1 dövrə az
Kimi Raykkonen ("Ferrari") – yarışı vaxtından əvvəl dayandırıb
Serxio Peres ("Force İndia”) – yarışı vaxtından əvvəl dayandırıb
Felipe Massa ("Willams") – yarışı vaxtından əvvəl dayandırıb
Niko Hülkenberq ("Renault") - yarışı vaxtından əvvəl dayandırıb
Colion Palmer ("Renault") - yarışı vaxtından əvvəl dayandırıb
Maks Ferstappen ("Red Bull”) – yarışı vaxtından əvvəl dayandırıb
Daniel Kvyat ("Toro Rosso”) - yarışı vaxtından əvvəl dayandırıb
------------------------------------
Bu gün Formula 1 üzrə Azərbaycan Qran Prisi keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, yarışda hər birindən iki pilot olmaqla, 10 komanda iştirak edəcək.
Nüfuzlu turnirə saat 15:30-da pilotların paradı ilə start veriləcək. Açılış mərasimi isə 20 dəqiqə sonraya təyin olunub. Saat 16:46-da dövlət himni səslənəcək. Nəhayət, 17:00-da Qran Pirinin həlledici mərhələsi başlayacaq. Pilotlar hökümət meydanından başlayaraq, Qız Qalası, İçərişəhər və Azneft dairəsindən keçməklə saat əqrəbinin əksi istiqamətində 51 dövrə vuracaqlar. Hər dairənin uzunlu 6.003 km, trekin ümumu məsafəsi isə 306.049 km-dir.
Azərbaycan Qran Prisinin start düzülüşü bu cürdür: Luis Hamilton, Valtteri Bottas (hər ikisi "Mercedes"), Kimi Raykonnen, Sebastyan Fettel (hər ikisi "Ferrari"), Maks Ferstappen (Red Bull), Serxio Peres, Esteban Okon (hər ikisi "Force İndia"), Lens Stroll, Felipe Massa (hər ikisi "Williams"), Daniel Rikkiardo (Red Bull), Daniil Kvyat (Toro Ross), Kevin Maqnussen (Haas), Niko Hulkenberq (Renault), Paskal Verlayn (Sauber),Karlos Saynz (Toro Rosso), Roman Qrojan (Haas), Markus Eriksson (Sauber), Stoffel Vandorn (McLaren), Fernando Alonso (McLaren), Colion Palmer (Renault).
Formula 1 üzrə 2017-ci il mövsümünə martın 26-da Avstraliya Qran-prisi ilə start verilib. Artıq yarışın 7 mərhələsi geridə qalıb. "Mercedes" komanda hesabında 222 xalla liderdir. Sürücülərin sıralamasında isə 141 xalla "Ferrari"nin pilotu Sebastyan Fettel ilk pillədə qərarlaşıb.
Qeyd edək ki, 2016-cı ildə Bakıda keçirilən Formula 1 üzrə Avropa Qran Prisində "Mercedes” komandasının pilotu Niko Rosberq qalib olub (1:46.485).