1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Məşhur pilot karyerasını başa vurdu
Formula 1 üzrə dünya çempionatında iştirak edən İngiltərənin "Uilyams” komandasının pilotu Felipe Massa karyerasını başa vurub.
Sportnet.az turnirin "Twitter” səhifəsinə istinadən xəbər verir ki, 36 yaşlı sürücü noyabrın 12-də keçirilmiş Braziliya Qran Prisindən sonra qərarını açıqlayıb.
F.Massa ötən il karyerasını başa vurduğunu desə də, "Uilyams”ın xahişi ilə daha bir mövsüm çıxış etməyə razı olmuşdu. Fomula 1-də 2002-ci ildə debüt edən braziliyalı pilot karyerası ərzində "Sauber” və "Ferrari”nin də şərəfini qoruyub. Onun ən yaxşı göstəricisi 2008-ci ildə əldə etdiyi vitse-çempionluqdur.
Qeyd edək ki, Formula 1 üzrə 2017-ci il mövsümünün qalibi artıq müəyyənləşib. "Mercedes” pilotu Lüis Hemilton çempionluğu rəsmiləşdirib. Braziliya Qran Prisində finiş xəttini 7-ci keçən Massa ümumi cədvəldə 10-cu pillədədir.