
Bu gün futzal üzrə çempionatda 2-ci turun bir oyunu keçirilib. Sportnet.az-ın məlumatına görə, Yüksək Liqanın növbəti turunda "Araz"la "Fənər" üz-üzə gəlib.
Gərgin və maraqlı keçən qarşılaşmada "Araz rəqibi ilə bacara bilməyib - 4:3.
Qeyd edək ki, ilk turda da qələbə qazanan "Fənər" aktivindəki 6 xalla liderliyi "Neftçi" ilə bölüşür.