Azərbaycan Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlunun qardaşı Murad Aşurlu Himalay dağlarının Nepal ərazisinə düşən hissəsində bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Sportnet.az-ın DPA-ya istinadən məlumatına görə, faciə Everest zirvəsinə aparan yoldakı 6812 metr hündürlükdə olan Amadablam pikində baş verib.
Nepalın polis zabiti bildirib ki, 42 yaşlı Aşurlu Murad Zaur oğlu 100 metr hündürlükdə bağlanan ilgəyin yerindən qopması nəticəsində yerə yıxılaraq ölüb. Meyit yarılmaq üçün Katmandu klinik xəstəxanasına çatdırılıb. Zərərçəkən 6 nəfərdən ibarət ekspedisiyanın üzvü olub.
Qeyd edək ki, Murad Aşurlu milliyyətcə azərbaycanlı sayılsa da, ABŞ vətəndaşı olub.
Qeyd edək ki, Murad Aşurlu milliyyətcə azərbaycanlı sayılsa da, ABŞ vətəndaşı olub.