Azərbaycanlı alpinist Murad Aşurlunun Himalay dağlarında faciəvi şəkildə dünyasını dəyişməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub. Bu barədə Sportnet.az-a Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlu ilə əlaqə saxladıqdan sonra qurumun vitse-prezidenti Saridan Mursaqulov açıqlama verib.
O bildirib ki, M.Aşurlu Everest zirvəsinə aparan yolda 400 metr hündürlükdən qayaya bağlanan ilgəyin qırılması nəticəsində yerə çırpılıb. İlgəyin qırılmasına isə qar uçqununun səbəb olduğu bildirilir. Alpinistimizin axtarışında İ.Aşurlu şəxsən iştirak edib. Onun əmisioğlunun meyitinin yeri helikopterlə müəyyənləşdirilib.
S.Mursaqulovun sözlərinə görə, hazırda mərhumun cənazəsi Nepalın paytaxtı Katmandudadır. Sənədləşmə işləri yekunlaşdıqdan sonra M.Aşurlu dəfn olunmaq üçün Bakıya yox, vətəndaşı olduğu və yaşadığı ABŞ-a aparılacaq. Cənazənin ölkəmizə gətirilməməsi də sənədləşmə məsələləri ilə əlaqədardır.
Federasiya rəsmisi M.Aşurlunun Azərbaycan idmanı üçün xidmətlərindən də danışıb. O bildirib ki, mərhum Himalay, Pamir, Elbrus, And dağlarında 40-dan çox zirvəni məhz ölkəmizin bayrağı ilə fəth edib.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |