"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Mercedes" komandası xərçəng xəstəliyindən əziyyət çəkən britaniyalı azyaşlı Harri Şouya sürpriz edib.
Sportnet.az-ın Autocity.az-a istinadən məlumatına görə, Harrinin valideynləri Şarlott və Ceyms evlərinin yanındakı cığırda komandanın pilotu Lüis Hemiltonun əvvəlki bolidi ilə qarşılaşıblar. Maşından əlavə, Şounun evinə Hemiltonun sükanı və İspaniya Qran-prisində qazandığı kubok çatdırılıb.
Bununla da "Mercedes" komandası Harrinin 5 qat dünya çempionuna sosial şəbəkə vasitəsilə etdiyi müraciəti müsbət cavablandırıb. Ötən il azyaşlıda sümük xərçənginin nadir forması aşkarlanıb. Onun valideynləri yardım kampaniyası başladıblar. Lakin 5 yaşlı oğlanın həyatda qalma şansları minimaldır.