
ABŞ-ın Daytona şəhərində keçirilmiş NASCAR avtomobil yarışının növbəti mərhələsinin qalibi "Chevrolet" pilotu Castin Heyli olub.
Sportnet.az-ın Autocity.az-a istinadən məlumatına görə, 20 yaşlı sürücü karyerasında üçüncü belə nailiyyətinə imza atıb. Yarışı ilk 4 pillədə "Chevrolet" pilotları başa vurub. Bunlar Uilyam Bayron, Cimmi Conson və Tay Dillondur.
Yarış zamanı 19 avtomobilin iştirakı ilə böyük yol qəzası baş verib. Bundan əlavə, təşkilatçılar güclü yağış üzündən vaxtı azaltmalı olublar.
Ümumi hesabda Kayl Buş liderdir. İkinci yeri Coui Loqano tutur. "Üçlüy"ü Kiçik Martin Trueks qapayır.
Wow!
— NASCAR on NBC (@NASCARonNBC) July 7, 2019
Several cars collected in this big crash at @DISUpdates. Watch @NASCAR on @NBC or stream here: https://t.co/wmwQrlNwAP #CokeZeroSugar400 pic.twitter.com/WW0MPBP20V