"Dakar" rallisinin 7-ci xüsusi sahəsində portuqaliyalı motosikletçi Paulu Qonsalveş dünyasını dəyişib.
Sportnet.az-ın məlumatına görə, təşkilatçılar hadisə yerinə helikopter göndəriblər. 8 dəqiqə sonra 40 yaşlı sürücü tapılıb. Həmin vaxt o, huşsuz olub. Həkimlər Qonsalveşin öldüyünü qeydə alıblar.
Dərhal xəstəxanaya çatdırılmasına baxmayaraq, reanimasiya tədbirləri də nəticə verməyib.
Qeyd edək ki, Paulu Qonsalveş 6 mərhələdən sonra ümumi hesabda 46-cı idi. Portuqaliyalı motosikletçi üçün bu, 13-cü "Dakar" idi. O, ilk dəfə çoxgünlük ralli marofonunda 2006-cı ildə çıxış etmişdi. Qonsalveş 4 dəfə 10-luqda yer almışdı.