Stiven Spilberqin "Amblon Partners" şirkəti Yutta Klyaynşmidt barədə bioqrafik filmin çəkiliş hüququnu alıb.
Sportnet.az-ın məlumatına görə, almaniyalı xanım sürücü 2001-ci ildə avtomobillər sinfində "Dakar" rallisinin qalibi olub. O, belə nəticəyə nail olan yeganə qadındır.
Filmin prodüserliyini Devid Litç də edəcək. O, əvvəllər "Con Uik", "Dedpul", "Forsaj: Hobbs və Şou" kimi filmlər üzərində çalışıb.