
"Formula 1" stüardları Ştiriya Qran-prisinin təsnifat mərhələsində "Alfa Tauri" və "Ferrari" pilotları Daniil Kvyatla Şarl Lekler arasında baş vermiş mübahisəli epizodu araşdırıblar.
Sportnet.az-ın məlumatına görə, "Red Bull Rinq" avtodromundakı yürüş zamanı Leklerin Kvyatı bloklaması qənaətinə gəlinib. Bununla əlaqədar rusiyalı pilot vaxt itirməli olub. Yol verdiyi qayda pozuntusu ilə əlaqədar monakolu sürücü 3 pillə geriləmə cəriməsi alıb.
Lekler təsnifat mərhələsinin 11-ci pillədə başa vursa da, bu gün keçiriləcək Ştiriya Qran-prisinin start düzülüşündə 14-cü yerdə qərarlaşacaq. Əvəzində "Uilyams"dan Corc Rassell, "Racing Point"dən Lens Stroll və Daniil Kvyat 11 - 13-cü yerlərə irəliləyəcəklər.
İlk mərhələdə "Mercedes" pilotu Lüis Hemilton 3 pillə cərimələnmiş və nəticədə finişə 2-ci yerdə çatmışdı.
Qeyd edək ki, Qran-pri Bakı vaxtı ilə saat 17:10-da başlanacaq.
Charles Leclerc was handed a three-place grid penalty following this holding up incident with Dany Kvyat in Saturday qualifying
— Formula 1 (@F1) July 12, 2020
Leclerc will start the Styrian Grand Prix from P14 on Sunday#AustrianGP ???????? #F1 pic.twitter.com/jV6hUuFEVc