
Azərbaycanda COVID-19-a daha 493 yeni yoluxma qeydə alınıb, 561 nəfər sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sportnet.az-a verilən məlumata görə, COVID-19 testi müsbət çıxmış şəxslərdən 8-i vəfat edib.
Hazırkı dövrədək ölkədə 26 165 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 17 256 nəfər müalicə olunaraq sağalıb, 334 nəfər vəfat edib. Aktiv xəstə sayı 8 575 nəfərdir.
Ötən müddət ərzində 601 min 500 test aparılıb. Bugünkü test sayı isə 8 722-dir.