Portuqaliyanın Portiman şəhərindəki "Formula 1" Qran-prisi 23 - 25 oktyabrda azarkeşlərlə keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, bu barədə Portuqaliya hökuməti açıqlama verib. Təşkilatçılar Almaniyanın "Nürburqrinq" trasındakı Qran-priyə də azarkeşlərin buraxılacağına ümid edirlər. Bu yarış isə 9 - 11 oktyabrda olacaq.
Qeyd edək ki, azarkeşlərin buraxılacağı ilk Qran-pri isə 25 - 27 sentyabrda Rusiyanın Soçi şəhərində gerçəkləşə bilər. Builki Azərbaycan Qran-prisi isə koronavirus pandemiyası ilə əlaqədar ləğv olunub.