
Biatlon üzrə rusiyalı dünya çempionu Anton Şipulin koronavirusa yoluxub.
Sportnet.az-ın məlumatına görə, bu barədə 33 yaşlı keçmiş idmançı şəxsi "Instagram" hesabında paylaşım edib.
Dövlət Dumasının deputatı ilə yanaşı, onun ailə üzvləri - həyat yoldaşı Luiza və qızı Mirada da infeksiya aşkarlanıb.
Qeyd edək ki, Anton Şipulin 2016-cı ildə İtaliyada keçirilmiş dünya çempionatının estafet yarışında qızıl medal qazanıb. O, həmçinin 2010-cu ildə Kanadanın Vankuver şəhərində təşkil olunmuş XXI Qış Olimpia Oyunlarının bürünc mükafatçısıdır.