
Moskvada Rusiyanın idman naziri Oleq Matitsinin MDB ölkələrindən olan səfirlərlə görüşü olub.
Sportnet.az "Report"a istinadən xəbər verir ki, Azərbaycanı Rusiyadakı səfir Polad Bülbüloğlu təmsil edib.
Gündəlikdə MDB ölkələri arasında idman əməkdaşlığı və beynəlxalq idman tədbirlərindəki əməkdaşlıq məsələləri, həmçinin MDB ölkələrinin I Oyunlarına hazırlıq məsələləri də olub.