
"Formula-1" üzrə ikiqat dünya çempionu, ötən ilin dekabrında "Ferrari"dən "Maklaren"ə keçən Fernando Alonsonun yeni komandası ilə Barselonada keçirilən ilk sınağı uğursuz alınıb. Sportnet.az-ın məlumatına görə, "Maklaren"in pilotu fevralın 22-də qəzaya düşüb.
Alonso döngələrin birində idarəetməni itirərək yol kənarındakı dəmir çəpərə çırpılıb. Tibbi helikopterlə xəstəxanaya çatdırılan 33 yaşlı pilotun şüuru yerində olduğu bildirilib.
Alonso bugünədək 2 dəfə ardarda (2005 və 2006) dünya birincisi adını qazanıb.
Qeyd edək ki, 2015-ci ilin "Formula-1" yarışı martın 15-də Avstraliyada start götürəcək.