
Bu gün futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsində 4-cü qrupun oyunlarına start verilib. Sportnet.az-ın məlumatına görə, Azərbaycan millisi Belçika yığması ilə qarşılaşıb.
"Sərhədçi" İdman Olimpiya Mərkəzində keçirilmiş görüş yığmamızın qələbəsi ilə yekunlaşıb - 3:1. Qrupun ilk oyununda isə Ukrayna və Danimarka yığmaları üz-üzə gələcək.
Reqlamentə əsasən, 7 qrupun qalibləri birbaşa final mərhələsinə vəsiqə qazanacaqlar. İkinci yerə çıxan komandalar ən yaxşı qrup üçüncüsü ilə birgə play-off-da mübarizə aparacaqlar. 8 yığmanın bölünəcəyi cütlüklər arasında daha güclü olan 4 komanda Serbiyaya yollanmaq hüququ qazanacaq. Çempionatın final mərhələsinin görüşləri Serbiyada keçiriləcəyindən, sözügedən ölkə birbaşa mübarizəyə qoşulacaq. 2016-cı ilin 2 - 13 fevralında keçiriləcək Avropa çempionatında ümumilikdə 12 ölkə ən yaxşı olduğunu sübut etməyə çalışacaq.
18:30. Ukrayna - Danimarka 5:2
21:00. Azərbaycan - Belçika 3:1
Qollar: Eduardo, 1. Sezar, 17. De Araujo, 19 - Dyujake, 38.
Qeyd edək ki, Azərbaycan millisi martın 19-da Danimarka, bundan 2 gün sonra isə Ukrayna millisi ilə qüvvəsini sınayacaq. 4-cü qrupun bütün oyunları Bakıda keçiriləcək.