İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov Özbəkistanın paytaxtı Daşkənddə bu ölkənin idmanın inkişafı naziri Adxam İkramovla görüşüb.
Sportnet.az xəbər verir ki, bu barədə KOBİA sədrinin özü paylaşım edib.
"Görüşdə futbolun inkişafı sahəsində əməkdaşlıq potensialını, həmçinin dövlət-özəl tərəfdaşlığı çərçivəsində idman infrastrukturunun yaradılması imkanlarını müzakirə etdik", - o qeyd edib.
Bu gün Daşkənddə Özbəkistanın idmanın inkişafı naziri qardaşım c-b A.İ.İkramov ilə görüşdüm.Görüşdə #futbol və #minifutbol-un inkişafı sahəsində əməkdaşlıq potensialını,həmçinin dövlət-özəl tərəfdaşlığı çərçivəsində #idman infrastrukturunun yaradılması imkanlarını müzakirə etdik. pic.twitter.com/6QPdJalM1o
— Orkhan Mammadov (@MammadovOrkh) August 2, 2022