
Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan nümayəndə heyətinin məskunlaşacağı bina idmançları qəbul etməyə tam hazırdır.
Sportnet.az-ın məlumatına görə, ölkə bayrağı ilə bəzədilən binanın üzərində Gənclər və İdman Nazirliyinin rəmzi olan AZE sözü yazılıb.
Artıq Azərbaycanın şef-de-missionu, nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov Konyadadır. Nümayəndə heyətləri avqustun 5-i və 8-də çarter reysləri ilə Türkiyəyə yollanacaqlar.
Qeyd edək ki, İslamiadaya 5 avqustda velosiped yarışları ilə start veriləcək. Açılış mərasimi avqustun 9-da baş tutacaq. Avuqstun 18-də isə yarışın bağlanış mərasimi keçiriləcək.