Moto3 yarışları paddokunda növbəti qalmaqal baş verib.
Sportnet.az Autoinfo.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda CIP Moto KTM komandasının mexaniklərindən birinin öz pilotu Tom But Amosu döydüyü görünür. Video 2019-cu ildə çəkilib.
Hazırda CIP Green Power adlanan komandadan bildirilib ki, sürücüyə hücum edən mexanik hazırda komandada işləmir. Həmin əməkdaşın indi əfsanəvi motosikletçi Maks Byaciyə məxsus Sterilgarda Husqvarna Max Racing komandasında analoji vəzifədə çalışdığı vurğulanıb.