"Olimpiya kompleksləri, idman qurğuları və stadionların hamısı ideal vəziyyətdə deyil".
Sportnet.az-ın məlumatına görə, bunu gənclər və idman naziri Fərid Qayıbov "ARB 24" televiziyasına müsahibəsində deyib.
Nazir problemlərin aradan qaldırılması üçün çalışdıqlarını bildirib: "Bəzi idman qurğularının 20-30 yaşı var və indiki tələblərə uyğun gəlmir".