1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Fernando Alonso Bakıdan danışdı
Bakıda keçiriləcək Formula 1 üzrə Avropa Qran Prisinin rəsmi elçisi Fernando Alonso martın 8-də Bakıya gələcək. Bakı Şəhər Halqasının Əməliyyat Komitəsindən Sportnet.az-a verilən məlumata görə, o, 2 günlük səfər zamanı tikintisi davam edən Bakı Şəhər Halqasının keçdiyi küçələrdə aparılan hazırlıq işlərinin gedişatını yerində izləyəcək.
Səfər zamanı ispaniyalı pilot, ardıcıl olaraq ensiz yoxuşlardan, İçəri Şəhər divarları ətrafındakı kəskin döngələrdən və avtomobillərin 340 km/saat sürət yığa biləcəyi sürətlənmə xəttindən keçəcək və şəhər trekində bu yay baş tutacaq yarışlarda McLaren komandasını gözləyən çoxsaylı çətinliklərlə əyani şəkildə tanış olmaq imkanı əldə edəcək.
Bununla yanaşı, F.Alonso, Bakıya səfəri çərçivəsində yerli və beynəlxalq media nümayəndələri və azarkeşlər ilə, o cümlədən Formula 1 yarışına hazırlıq prosesi ilə əlaqədar müxtəlif təlimlərdə iştirak edən Avropa Qran Prisinin könüllüləri və marşalları ilə də görüşəcək.
Məşhur Formula 1 pilotu, rəsmi elçi seçilməsi xəbərinə münasibət bildirib. O, Avropa Qran Prisinin rəsmi elçisi seçildiyi üçün şad olduğunu deyib: "Bakıya səfər edəcək və yeni trekin xüsusiyyətlərini incələyəcək ilk Formula 1 pilotu olmaq mənim üçün böyük şərəfdir. Bu şəhər haqqında indiyədək xeyli maraqlı məlumat eşitmişəm və oxumuşam. Odur ki, onu əyani şəkildə görməyi səbirsizliklə gözləyirəm. Karyeram ərzində üç dəfə Avropa Qran Pri yarışının qalibi olaraq, bu yeni və gözəl məkanda keçiriləcək eyni adlı yarışın Formula 1-in təqviminə yenidən əlavə olunmasını təbliğ etməyim məqsədəuyğun hesab olunmalıdır. Əslində, Avropa Qran Prisinin Valensiyada keçirilən ən son yarışında qələbə qazanmaq üçün dəf etdiyim yol məni məhz bu yarışa mənəvi olaraq ömürlük bağlayıb. Əminəm ki, şəhər treki hər bir sürücü üçün həmişə həyəcanverici və çətin olub. Əldə etdiyim məlumatlara əsasən bu trekin də həmin cəhətdən istisna olmayacağını nəzərə alaraq deyə bilərəm ki, rəqiblərim də Bakıda keçiriləcək yarışı texniki cəhətdən çox bəyənəcəklər".
Qeyd edək ki, F.Alonso Formula 1 üzrə Dünya Çempionatının ikiqat qalibidir və hal-hazırda McLaren Honda komandasının heyətində yarışır.