
"Bakıya heç vaxt gəlməyənlərə bura səfər etməyi məsləhət görürəm. Azərbaycan və Bakı heyranedicidir”.
Sportnet.az-ın məlumatına görə, bunu Formula 1-in sabiq sədri Berni Ekklstoun Bakı Şəhər Halqasının (BŞH) rəsmi "facebook” səhifəsində təşkil olunan canlı müsahibə zamanı deyib.
87 yaşlı funksioner BŞH-nın özəlliklərinə də toxunub: "İnsanlar şəhər treklərini çox sevir. Çünki özlərini maşınlara yaxın hiss edirlər”.
B. Ekklstoun "Nəvəniz Formula 1 pilotu olmaq istəsə, ona nə deyərdiniz” sualına belə cavab verib: "Deyərdim ki, O qədər axmaq olma, həvəsin keçəcək”.
Qeyd edək ki, Berni Ekklstoun "Formula 1"ə 1974-cü ildən 2017-ci ilin əvvəlinə qədər rəhbərlik edib. Məhz britaniyalı yarışları kommersiya baxımından ildə 2 milyard dollardan çox gəlir gətirən uğurlu layihə edib.