1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rusiyanın Formula 1 üzrə yeganə pilotu komandadan kənarlaşdırıldı
Formula 1 üzrə dünya çempionatının iştirakçılarından olan İtaliyanın "Toro Rosso” komandası rusiyalı pilot Daniil Kvyatı heyətdən kənarlaşdırıb.
Sportnet.az xəbər verir ki, bu barədə Avstriya "Red Bull”unun məsləhətçisi Helmut Marko "Autobild”ə bildirib.
Marko Kvyatı uzunmüddətli perspektivdə düşünmədiklərini və onun bir daha komandaya qayıtmayacağını söyləyib. O bildirib ki, 27 – 29 oktyabrda Meksikada keçiriləcək Qran Pridə "Torro Roso” Pyer Qasli və Brendon Hartlinin xidmətindən yararlanacaq.
Kvyat daha əvvəl qeyri-kafi nəticələr səbəbi ilə Malayziya və Yaponiya Qran prilərində heyətdə yer almayıb. O, 20 – 22 oktyabrda ABŞ-da təşkil olunan növbəti mərhələdə trasa qayıtsa da, finişə 10-cu çatıb.
Qeyd edək ki, "Toro Rosso” "Red Bull”un kiçik komandasıdır. Formula 1-də yeganə rusiyalı pilot olan Daniil Kvyat 2010-cu ildən İtaliya təmsilçisinin uğurları üçün çalışırdı.