“Formula 1” üzrə Azərbaycan Qran-prisi ərəfəsində Avstriyanın “Red Bull” komandasının bolidlərinə daha güclü motor quraşdırılacaq.
Sportnet.az xəbər verir ki, bu barədə komandanın məsləhətçisi Helmut Marko “De Telegraaf”a bildirib. O, mühərrikə 20 at gücü əlavə edildiyini söyləyib: “Honda”dan xoş xəbər var. Bakıda əlavə 20 at gücü olan motor alacağıq. Hərçənd yeni motorun mövsümün altıncı mərhələsində, Monako Qran-prisi üçün hazır olacağı bildirilirdi”.
Komandanın rəhbəri Kristian Hornerin fikrincə, yenilənmiş motor “Red Bull”a kömək edəcək.
Bir müddət əvvəl “Red Bull”un pilotu Maks Ferstappen “Red Bull”un boldinin sürətdə “Ferrari” və “Mercedes”dən geri qaldığını söyləmişdi. Avstriya təmsilçisinin sabiq pilotu Daniel Rikkardo 2017-ci ildə Azərbaycan Qran-prisinin qalibi olub.
Qeyd edək ki, yeni mövsümün ilk üç mərhələsində “Mercedes” pilotları qalib olublar. Lüis Hemilton Çin və Şanxayda, onun komanda yoldaşı Valtteri Bottas isə Avstraliyada rəqiblərini qabaqlayıb. 3 mərhələdən sonra Bottas 44 xalla 1-ci, Hemilton 43 xalla 2-ci, Ferstappen 27 xalla 3-cüdür.
Azərbaycan Qran-prisi 26 - 28 apreldə keçiriləcək. (Report)