"Formula 1" üzrə dünyan çempionatında çıxış edən "Ferrari" pilotları Karlos Sayns və Şarl Lekler Azərbaycana səfər zamanı kiçik turbulent zonaya düşüblər.
Sportnet.az-ın məlumatına görə, Lekler hadisədən sonra qorxub və bu, komanda yoldaşının onunla məzələnməsinə səbəb olub.
Sayns Leklerin videosunu paylaşaraq "Kimsə altını batırdı" yazıb.
Qeyd edək ki, Azərbaycan Qran-porisi 4 - 6 iyunda keçiriləcək. Mövsümün ilk 5 mərhələsindən sonra Şarl Lekler altıncı, Karlos Sayns isə yeddinci yerdədir.