Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində növbəti qəza baş verib.
Spornet.az-ın məlumatına görə, birinci sərbəst yürüşdə "Uilyams" pilotu Nikolas Latifinin bolidi sıradan çıxıb.
27 yaşlı sürücü avtomobilinin mühərrikində problem aşkarlandığı üşün test yürüşünə davam edə bilməyib.
Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 12-dək davam edəcək.