Azərbaycanın 3 cüdoçusu Polşanın Pila şəhərində keçirilən U-23 Avropa çempionatında finala yüksəlib.
Sportnet.az xəbər verir ki, qadınlar arasında Aydan Vəliyeva (52 kq) və Fidan Əlizadə (57 kq), kişilərdən isə Hüseyn Allahyarov (60 kq) qızıl medal uğrunda mübarizə aparacaq.
Həlledici görüşlərdə A.Vəliyeva ispaniyalı Ayumi Leyva Sançesi, F.Əlizadə gürcüstanlı Nina Loladzeni, H.Allahyarov polşalı Yakub Kurovskini sınağa çəkəcək. Yarımfinalda uduzan Rüfət Şövlətov (73 kq) isə bürünc medal qarşılaşmasında bolqarıstanlı Dimitar Qospodinovla üz-üzə gələcək.
Qeyd edək ki, noyabrın 17-dək davam edəcək yarışda Azərbaycan 15 cüdoçu ilə təmsil olunur.
---------------------------------
Bu gün Polşanın Pila şəhərində 23 yaşadək cüdoçular arasında Avropa çempionatı start götürəcək.
Sportnet.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın 9 idmançısı medallar uğrunda mübarizə aparacaq.
Qadınlar arasında Fəridə Mirzəyeva (48 kiloqram), Xədicə Qədəşova, Aydan Vəliyeva (hər ikisi 52 kiloqram), Fidan Əlizadə (57 kiloqram) və Aytac Qardaşxanlı (63 kiloqram) tatamiyə çıxacaqlar.
Kişilər arasında isə Hüseyn Allahyarov, Murad Muradlı (hər ikisi 60 kiloqram), Rüfət Şövlətov və Əbil Yusubov (hər ikisi 73 kiloqram) güclərini sınayacaqlar.
Qeyd edək ki, noyabrın 17-dək davam edəcək yarışda Azərbaycan 15 cüdoçu ilə təmsil olunur.