
Azərbaycanlı MMA döyüşçüsü Rafael Fiziyevin növbəti rəqibi müəyyənləşib.
Sportnet.az xəbər verir ki, 32 yaşlı idmançı yüngül çəkidə keçmiş UFC çempionu Castin Qeyci ilə qarşılaşacaq. Onlar martın 9-u UFC 313 turnirində münasibətlərə aydınlıq gətirəcəklər.
Qeyci daha əvvəl Den Hukerlə döyüşməli idi, lakin Yeni Zelandiya təmsilçisi yarışa iki həftə qalmış əlinin sındığını bildirərək döyüşdən çəkilib.
Qeyd edək ki, Rafael Fiziyev 2023-cü ildə Castin Qeyci ilə üz-üzə gəlib. UFC 286 turnirinin mərkəzi döyüşünü amerikalı qazanıb.