
Məşhur UFC döyüşçüləri Həbib Nurməhəmmədovla İslam Mahaçev Bakıya gəliblər.
Sportnet.az xəbər verir ki, dağıstanlı idmançılar iyunun 21-də Bakı Kristal Zalında təşkil olunacaq "UFC Döyüş Gecəsi"ndə fəxri qonaq olacaqlar.
Hər iki döyüşçü "Qarabağ"ın ofisini ziyarət edərək baş məşqçi Qurban Qurbanovla da görüşüblər.
İslam Mahaçevlə Həbib Nurməhəmmədov yüngül çəkidə UFC-nin sabiq çempionlarıdır. Mahaçev karyerasını davam etdirir, Nurməhəmmədov isə 2021-ci ildə karyerasını bitirib.
Qeyd edək ki, “UFC Döyüş Gecəsi”ndə Azərbaycanı Rafael Fiziyev, Tofiq Musayev və Nazim Sadıxov təmsil edəcək.