Yeniyetmə taekvondoçular arasında keçirilən Avropa birinciliyi başa çatıb. Sportnet.az-ın məlumatına görə, Fransanın Strasburq şəhərində təşkil edilən və sayca 6-cı olan birinciliyə, 39 ölkədən 350 idmançı qatılıb.
Bu yarışda, yeniyetmələrdən ibarət milli komandamız 18 idmantı ilə təmsil olunub.
3 gün davam edən yarışda, 37 kq çəki dərəcəsində dayanq üzərinə çıxan Bəhruz Quluzadə, bütün rəqiblərinə qalib gəlib. Sevda Pirseyidova (-37 kq) isə yalnız final döyüşündə Türkiyəli Melek Polata məğlub olaraq gümüş medala layiq görülüb. Komandanın digər üzvləri Ziya Xəlilov (-41 kq) və Yunis Məmmədzadə (-53 kq) yarışı bürünc medalla başa vürublar.
Qeyd edək ki, millimiz yarışda Səbuhi Zülfüqarovun rəhbərliyi altında çıxış edib.
Qeyd edək ki, millimiz yarışda Səbuhi Zülfüqarovun rəhbərliyi altında çıxış edib.