
Azərbaycan boksçusu Gülər Hüseynova III MDB Oyunlarında qızıl medal qazanıb.
Sportnet.az-ın məlumatına görə, Yevlax Olimpiya İdman Kompleksində təşkil olunmuş yarışın finalında Gülər Hüseynova 48 kq çəki dərəcəsində qalib olub.
O, finalda rusiyalı Darya Qarinanı yenib - 4:1.
Aysel Fərəcova (46 kq) finalda rusiyalı Viktoriya Klimovaya 0:4, Əminə Tağı (50 kq) isə özbəkistanlı Nazokat Mardanovaya 1:4 hesabı ilə uduzaraq, gümüş medalla kifayətlənib.