
III MDB Oyunlarının proqramına daxil olan karate yarışları başa çatıb.
Sportnet.az xəbər verir ki, Mingəçevir “Kür” Olimpiya Mərkəzində təşkil olunmuş yarışda bu gün Azərbaycan təmsilçilərindən Turqut Həsənov (84 kq), İrina Zaretska (68 kq) və Fərid Ağayev (75 kq) rəqiblərinə qalib gələrək qızıl medala sahib olublar.
Asiman Qurbanlı (+84 kq) həlledici döyüşdə uduzaraq ikinci yerlə kifayətlənib. Aysu Əliyeva (61 kq), Fərid Şahbazlı (84 kq) və Rəşid Süleymanov (75 kq) isə bürünc medallar qazanıblar.
Xatırladaq ki, oktyabrın 3-də 55 kiloqram çəki dərəcəsində iki azərbaycanlı karateçi qarşılaşıb. Mədinə Sadiqova Nəzrin Piriyevaya qalib gələrək qızıl medal qazanıb. Gümüş medala həmçinin Fərid Savadov (60 kq) sahib çıxıb.
Nuran Rzazadə (67 kq) finalda qırğızıstanlı Yerlan Akılbekə 7:3 hesabı ilə qalib gələrək, qızıl medal qazanıb.
Bundan başqa Roman Heydərov (kata) özbəkistanlı Səməndər Urazaliyevə qalib gələrək qızıl medala sahib çıxıb.
İnci Əzizova (50 kq), Aslan Dostuyev (67 kq), Ramilə Heydərova və Rövşən Əliyev (hər ikisi kata) yarımfinalda uduzduqları üçün bürünc mükafatla kifayətləniblər.
Beləliklə, Azərbaycan karateçiləri III MDB Oyunlarını 16 medalla başa vurublar.
---------------------------
Azərbaycan karateçisi Fərid Ağayev III MDB Oyunlarında qızıl medal qazanıb.
Sportnet.az xəbər verir ki, 75 kq çəki dərəcəsində yer alan idmançı finalda qazaxıstanlı Şinggis Tailiyevi yenib - 6:5.
Beləliklə, Ağayev MDB Oyunlarında Azərbaycana 6-cı qızıl medalı qazandırıb.
-------------------
Azərbaycan karateçisi Asiman Qurbanlı III MDB Oyunlarında qızıl medal qazanıb.
Sportnet.az xəbər verir ki, 84 kq-dan yuxarı çəkidə yer alan milli komandanın bayraqdarı finalda Qazaxıstan təmsilçisi Dias Anarbekova uduzub - 6:8.
-------------------
Azərbaycan karateçisi İrina Zaretska III MDB oyunlarında qızıl medal qazanıb.
Sportnet.az xəbər verir ki, 68 kq çəki dərəcəsində yer alan Zaretska finalda Özbəkistan təmsilçisini Bonu Eqamberdiyevanı yenib - 4:2.
Beləliklə, Zaretska Azərbaycan karate komandasından 5-ci qızıl medalı qazanıb.
---------------------------------
Azərbaycan karateçisi Turqut Həsənov III MDB oyunlarında qızıl medal qazanıb.
Sportnet.az-ın məlumatına görə, Həsənov 84 kq çəki dərəcəsində fərqlənib.
O, finalda Rusiya təmsilçisi Konşay-biy Kurmanova 7:4 hesabı ilə qalib gələrək, Azərbaycan karate komandasında 4-cü qızıl medalın sahibi olub.