Oktyabrın 26-da Serbiyanın paytaxtı Belqradda start götürəcək Kikboksinqin WAKO versiyası üzrə Dünya çempionatında iştirak edəcək Azərbaycan yığma komandasının tərkibi açıqlanıb. Sportnet.az-ın məlumatına görə, noyabrın 1-dək davam edəcək çempionatda yığma komandanın baş məşqçisi Elşən Əbdülrəhmanov 25 idmançıya yer verəcək.
Onlar Anar Məmmədov (51 kq, LOWKICK), Çingiz Əhmədzadə (51 kq, K-1), Ramiz Məmmədov (54 kq, LOWKICK), Elşad Ələsgərov (54 kq, K-1), Ruslan Musayev (57 kq, LOWKICK), Camal Məmmədov (57 kq, KICKLIGHT), Zöhrab Əzimov (60 kq, LOWKICK), Elnur Daryagir (63.5 kq, LOWKICK), Eduard Məmmədov (63 kq, KICKLIGHT), Turan Qafarov (67 kq, K-1), Ramal Aslanov (61 kq, LOWKICK), İbrahim Məmmədov (71 kq, K-1), Emil Möhsümzadə (71 kq, LOWKICK), Əlişan Aslanlı (75 kq, K-1), Musa Abdullayev (79 kq, KICKLIGHT), Bəybala Quliyev (81 kq, LOWKICK), Xəyal Əhmədov (81 kq, K-1), Elnur Əliyev (84 kq, KICKLIGHT), Orxan Məlikov (86 kq, LOWKICK), Fuad Zeynalov (89 kq, KICKLIGHT), Zamiq Atakişiyev (91 kq, LOWKICK), Anar Məmmədov (91 kq, K-1), Ağalar Sadıxzadə (+91 kq, LOWKICK), Vüqar Cavadov (94 kq, KICKLIGHT) və Ehram Məcidovdur (+94 kq, KICKLIGHT).
İdmançıları bu yarışda federasiyanın vitse prezidenti Güloğlan Cabbarov, Sadıq Bağırov, baş məşqçi Elşən Abdulrəhimov, məşqçilər Hikmət Hacıyev, Telman Məhərrəmov, Fuad Sayadov, Sani Jabbarov, Kamran Aşrafzadə və Rövşən Hacıyev müşayət edəcəklər.
Qeyd edək ki, hər iki ildən bir keçirilən dünya çempionatına milli komandamız 1995-ci ildən qatılır.