
Mərakeşin paytaxtı Kasablankada sambo üzrə dünya çempionatı start götürüb. Sportnet.az-ın məlumatına görə, ilk yarış günündə Azərbaycan yığması bir medal qazanıb. 
68 kq çəki dərəcəsində çıxış edən Emil Həsənov yalnız finalda Nikita Kletskova uduzaraq, gümüş medala sahib olub. 
Qeyd edək ki, dünya çempionatına noyabrın 15-də yekun vurulacaq. 









                 





    
    
    
    
    
    
    
    
    






















































