1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycan yığması Avropa çempionatında 5 medal qazandı
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında ilk 2 gün Azərbaycan samboçuları üçün uğurlu alınıb. Sportnet.az-ın məlumatına görə, milli komandamız ilk 2 yarış günündə 1 qızıl, 2 gümüş, 1 bürünc medal qazanıb.
74 kq çəkidə yer alan Amil Qasımov Avropa çempionu olub. O, finalda gürcüstanlı Bisarion Berulavanı yenib. Əvəzində 57 kq çəkidəki təmsilçimiz İsmal Qasımov həlledici qarşılaşmada Gürcüstanın digər təmsilçisi Vaxtanq Çidraşviliyə uduzub. Daha bir gümüş medala isə 52 kq çəki dərəcəsində yer alan Ağasif Səmədov layiq görülüb. O isə finalda ermənistanlı Tiqran Kirakosyana yenilib. Nəhayət, yeganə bürünc medalı ölkəmizin aktivinə döyüş sambosu növündə 57 kq çəkidəki Elvar Osmanov yazdırıb.
Bu gün isə daha bir döyüş samboçumuz Fərid Yusubov finala yüksəlib. 52 kq çəkidəki təmsilçimiz həlledici görüşdə Rusiya təmsilçisi ilə qarşılaşacaq. Görüşün nəticəsindən asılı olmayaraq, Yusifov ən azı gümüş medalı təmin edib.