1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Olimpiyaçılarımız Prezident Kubokuna yollandı
Azərbaycanın taekvondo üzrə milli komandası Almaniyanın paytaxtı Bonnda keçiriləcək Prezidenti Kubokuna yollanıb. Sportnet.az-ın məlumatına görə, aprelin 7-də start götürəcək G2 kateqoriyalı "World Taekwondo Presidents Cup”da millimiz tam heyətlə təmsil olunacaq.
Kişilərdən ibarət yığmanın baş məşqçisi Reza Mehmandust Avropa çempionatı öncəsi Məcid Sofiyev (54 kq), Zəlimxan Rəsulov, Məmmədalı Quliyev (hər ikisi 58 kq), Məhəmməd Məmmədov, Sina Bahrami (hər ikis 63 kq), Ayxan Tağızadə, Fariz Əliyev (hər ikisi 68 kq), Səid Quliyev, Xəyyam Nağıyev, Namaz Heydərov (hər üçü 74 kq), Milad Beigi Hərçəqani (80 kq), Ramin Əzizov, Payam Qobadi Oğuzxan (hər ikisi 87 kq) və Radik İsayevə (+87 kq) şans verəcək.
"Qəbələ” idman klubunun yetirməsi Əli Məmmədov 59 kq çəki dərəcəsində klub adına medallar uğrunda mübarizəyə qatılacaq.
Qadın taekvondoçuların baş məşqçisi Sun Mi Park isə Türkan Tahirli (46 kq), İlayde Kardelen Ciftci (49 kq), Patimat Abakarova, Zeyvi Kərimova (hər ikisi 53 kq), Gülhanım Yeşildal (57 kq), Fəridə Əzizovaya (67 kq) şans verəcək.
Qeyd edək ki, ilk pilləyə sahib olan idmançı aktivinə 20 xal əlavə edəcək. Milad Beigi Hərçəqani, Radik İsayev, Patimat Abakarova və Fəridə Əzizova 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya sahibləridir.