1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimiz Avropa çempionatında
Taekvondo üzrə böyüklərdən ibarət Azərbaycan milli komandası bu gün İsveçrənin Montrö şəhərində start götürəcək Avropa çempionatında çıxış edəcək. Sportnet.az-ın məlumatına görə, 4 gün davam edəcək yarışda 37 ölkədən 387 taekvondoçunun qatılacaq.
Millimiz 17 idmançı ilə təmsil olunacaq. Heyətdə Radik İsayev (+87 kq), Milad Beigi Hərçəqani (80 kq), Ayxan Tağızadə (68 kq), Məhəmməd Məmmədov, Sina Bahrami (hər ikisi 63 kq), Səid Quliyev Namaz Heydərov (hər ikisi 74 kq), Məcid Sofiyev, İlham Əliyev (hər iksi 54 kq), Məmmədalı Quliyev (58 kq), Ramin Əzizov (80 kq) və Payam Qubadi Oğaz da (87 kq) yer alıb.
Zərif cinsin nümayəndələrindən isə Fəridə Əzizova (67 kq), Patimat Abakarova, Gülhanım Yeşildal (hər ikisi 53 kq), İlayda Kardelen Çiftçi (46 kq) və Yaprak Eriş (62 kq) 4 gün davam edəcək möhtəbər yarışda, çempionluq titulu uğrunda mübarizə aparacaq.
Milli komanda baş məşqçi Reza Mehmandoust, Sun Mi Park, böyük məşqçilər Elnur Amanov, Səbuhi Züfüqarov və Hye Young Choi-nin rəhbərliyi ilə qatılacaq.
Azərbaycanı yarışlarda beynəlxalq dərəcəli hakim, Azərbaycan Taekvondo Federasiyasının (ATF) baş hakimi Elşən Quliyev təmsil edəcək.
Qeyd edək ki, komanda mayın 23-də Bakıya qayıdacaq.