1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Karateçilərdən 7 medal
Türkiyənin Ərzurum şəhərində keçirilən 13-cü "Palandökən" beynəlxalq turnirdə çıxış edən Azərbaycan karateçiləri 6 medal qazanıb. Sportnet.az-ın məlumatına görə, əsasən aşağı yaş qruplarında yarışa qatılan müxtəlif yaş dərəcələrində milli komandamızın üzvləri 2 qızıl, 1 gümüş və 3 bürünc medala layiq görülüblər.
Yeniyetmə və gənclərdən ibarət seçmə komandanın üzvlərindən Fəridə Əliyeva (21 yaşadək gənclər, 68 kq) və İsmayıl Quliyev çempion olublar. Roman Heydərov (gənclər və böyüklər milli komandası, kata) turnirin gümüş medalına, Asya Məlikova (21 yaşadək gənclər seçmə komandası, 50 kq) və Murad Hacızadə (16-17 yaşlı gənclər, 76 kq) isə bürünc mükafata sahb olub.
14-15 yaşlıların komanda kata yarışlarında Ceyhun İsmayılov, Ayxan Novruzov və Səbuhi Quluzadə 3-cü yeri tutublar. İsmayılov Ceyhun həmçinin fərdi kata yarışlarında bürünc mükafat qazanıb. Beynəxlaq dərəcəli hakim Cahangir Babayev yarışı idarə edənlər arasında olub.
Qeyd edək ki, milli komandadan əlavə "Qaraqapan", "MKM", "Dostluq" və "Arpaçay" klublarının digər idmançıları da Ərzurumda beynəlxalq turnirdən müxtəlif mükafatalarla dönürlər. 13-cü "Palandökən" beynəlxalq karate turnirində 30 ölkədən 2000-dən artıq idmançı itirak edib.