1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Hərbiçilərin yarışı başlayır
Sentyabrın 19-da Makedoniyada Beynəlxalq Hərbi İdman Şurasının himayəsi altında güləş üzrə hərbçilərin 31-ci dünya çempionatı start götürəcək. Sportnet.az-ın məlumatına görə, bir həftəyədək davam edəcək çempionata Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun rəisi polkovnik-leytenant Rəşad Quliyevin rəhbərliyi ilə 21 nəfərdən ibarət Azərbaycan nümayəndə heyəti də qatılacaq.
Beynəlxalq Hərbi İdman Şurasının xətti ilə keçiriləcək yarışa hazırlıq məqsədilə idmançı zabit, gizir və qulluqçular, eləcə də idman fəalları təlim-məşq toplanışları keçiblər.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubu 1995-ci ildən Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) fəal üzvüdür. Mərkəzi Ordu İdman Klubunda idmanın 15 növü üzrə bölmələr fəaliyyət göstərir və bu bölmələrdə bütün yaş qrupları üzrə məşqlər keçirilir. Azərbaycan milli komandasının əksər üzvləri Mərkəzi Ordu İdman Klubunun təmsilçiləridir. Onların arasında olimpiya, dünya və Avropa çempionları da var.
Beynəlxalq Hərbi İdman Şurasının xətti ilə keçirilən beş Dünya Hərbi İdman oyununda və hər il keçirilən dünya çempionatlarında hərbi idmançılarımız 300-dən çox medal qazanıblar. Azərbaycan Beynəlxalq Hərbi İdman Şurasına üzv olan 130 ölkə arasında 11-ci, MDB dövlətləri arasında isə 2-ci yerə layiq görülüb.
Beynəlxalq Hərbi İdman Şurasının qərarı ilə 2004-cü ildə cüdo, 2006-cı ildə sərbəst və yunan-Roma güləşi, 2008-ci ildə boks, 2010-cu ilin noyabrında cüdo üzrə dünya çempionatları və 2013-cü ildə hərbçilər arasında futbol üzrə ilk dünya kuboku yarışı Bakıda keçirilib.