1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
İki güləşçimiz dünya mükafatçısı oldu
Makedoniyanın paytaxtı Skopyedə Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) təşkilatçılığı ilə keçirilən güləş üzrə hərbçilərin 31-ci dünya çempionatı başa çatıb. Sportnet.az-ın məlumatına görə, çempionatın son günündə 80, 85, 97 və 130 kq-da yunan-Roma güləşçiləri yarışıb. Güləşçilərimiz günü 2 gümüş medalla tamamlayıb.
80 kq-da mübarizə aparan Rafiq Hüseynov Yunanıstandan Nikolaos Varkas, Makedoniyadan Qoran Atanasov, yarımfinalda isə Ukraynadan Anriy Belıx üzərində qələbə qazanıb. Finalda Almaniya idmançısı Paskal Eisellə görüşdə minimal hesabla uduzan güləşçimiz çempionatın gümüş medalına sahib olub.
85 kq çəkidə yarışan İslam Abbasov ardıcıl olaraq Albaniyadan Alban Necaj, Ukraynadan Aleksandr Şişman və Əlcəzairdən Aem Boudjemli üzərində qələbə qazanaraq finala yüksəlib. Rusiyadan Yevgeni Saleyevlə qarşılaşan güləşçimiz gərgin keçən final görüşünd 4:3 hesabı ilə uduzub və çempionatı gümüş medalla başa vurub.
Xatırladaq ki, hərbçilərin dünya çempionatında yunan-Roma güləşi yarışlarının ilk günündə komandamız 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.