1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |
Türkiyə yığmamıza rəqib oldu
Bu gün Bakıda start götürən taekvondo üzrə komandalararası dünya Çempionatının püşkü atılıb. Sportnet.az-ın məlumatına görə, qadın və kişilərdən ibarət komandalar iki qrupda mübarizə aparacaq.
Kişilərin mübarizəsində Çin, Rusiya, İtaliya və Fransa yığmaları bir, Azərbaycan, ABŞ, Koreya və Türkiyə idmançıları isə digər qrupda çıxış edəcək. Qadınların yarışında isə İranın gənclərdən ibarət yığması, Rusiya, Koreya və Türkiyə, digər qrupda isə Azərbaycan, Belçika və ABŞ taekvondoçuları mübarizə aparacaq.
Azərbaycanın kişi taekvondoçuları ilk olaraq Belçikaya, daha sonra ABŞ-a rəqib olacaq. Qadınlar isə ardıcıl olaraq ABŞ, Koreye və Türkiyə idmançıları ilə döyüşəcək.
Qarışıq yığmada Belçika Koreyaya, ABŞ isə Rusiyaya qarşı yarışacaq.
Azərbaycan yığmasında kişilərdən Məhəmməd Məmmədov (63 kq), Ayxan Tağızadə, Sina Bahrami (hər ikisi 68 kq), Səid Quliyev (74 kq), Milad Beigi Harçeqani (80 kq), Radik İsaevin (+87 kq), qadınlardan Safiye Polat (49 kq), Zeyvi Kərimova, Gülhanım Yeşildal ( hər ikisi 57 kq), Yaprak Eriş (62 kq), Melissa Paqnotta (67 kq) və Reşmiye Oogink (73 kq) iştirak edəcək.
Kişilərin yarışında iştirakçı idmançıların ümumi çəkisi 373 kq-dan artıq olmamalıdır. Qadınlarda bu məhdudiyyət 318 kq-dır. Qaydalara görə, bir komandanın heyətində digər ölkənin iki üzvü iştirak edə bilər.
İki gün davam edəcək dünya çempionatı "G2” kateqoriyalı yarış olduğundan, qalib komandanın hər bir üzvünün aktivinə 20 reytinq xalı əlavə olunacaq. Gümüş mükafatçılar 12, bürünc mükafatçılar isə 7.2 xal əldə edəcək.
Görüşlərə saat 10:00-da start verilib.