
Azərbaycanın kişi taekvondoçulardan ibarət millisi Bakıda keçirilən komandalararası dünya çempionatında finala yüksəlib. Sportnet.az-ın məlumatına görə, Reza Mehmandustun baş məşqçi olduğu yığma yarımfinalda Türkiyəni məğlubiyyətə uğradıb - 33:3.
Heyət üzvlərindən Məhəmməd Məmmədov (63 kq), Sina Bahrami, Ayxan Tağızadə (68 kq), Səid Quliyev (74 kq), Milad Beigi Harçeqani (80 kq) və Radik İsayev (+87 kq) görüşlərini qələbə ilə başa vurub.
Finalda rəqib Cənubi Koreya komandası olacaq. Görüş bu gün olacaq.