1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Yığmamızda yeni simalar
Taekvondo üzrə Azərbaycan yığmasına yeni idmançılar dəvət olunub. Federasiyadan Sportnet.az-a verilən məlumata görə, bu barədə qərar kişi və qadınlar arasında keçirilmiş ölkə çempionatından sonra verilib.
Baş məşqçi Reza Mehmandust Qaşım Maqomedov, Vüqar Abdullayev ( hər ikisi 54 kq), Fizam Mehtiyev, Əli Məmmədov (hər ikisi 58 kq), Məmmədalı Quliyev (63 kq), Əliəskər Əliyev (68 kq), Elvin Məmmədov (74 kq), Vladislav Subbotin (80 kq), Bayraməli Vəliyev (87 kq) və Ceyhun Həsənlini (+87 kq) sınaqdan keçirəcək.
Qadınlardan ibarət yığma komandanın baş məşqçisi Elnur Amanov isə toplanışa Nərminə Məmmədova (46 kq), Paniz Esmaeilpour (49 kq), Patimat Abakarova (53 kq), Gülhanım Yeşildal (53 kq), Yaprak Eriş (57 kq), Darya Şkurko (62 kq), Fəridə Əzizova (67 kq), Marina Tedeeva (73 kq) və Elvarə Cəlilovanı (+73 kq) dəvət edib.
Adı çəkilən idmançılar fevralın 11-də Türkiyənin paytaxtı Ankarada start götürəcək "Turkish Open" beynəlxalq turnirinə qədər təlim-məşq toplanışında olacaq.