1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Taekvondoçularımız 7 medal qazanıb
Azərbaycan taekvondoçuları Türkiyənin Antalya şəhərində keçirilən "Turkish Open" turnirinin iki günə 7 medal qazanıb.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-aa verilən məlumata görə, yığma üzvləri 1 qızıl, 3 gümüş və 3 bürünc medala yiyələniblər.
Yarışın ilk günündə yeniyetmə taekvondoçulardan Aysu Məmmədova (37 kq) gümüş, Pərviz İsgəndərov (45 kq) bürünc medal əldə edib.
Növbəti gün isə gənclərdən Ayaz Qənbərli (51 kq) qızıl, Mehriban Məmmədova (44 kq) və Orxan Tağızadə (+78 kq) gümüş, Minayə Əkbərova (42 kq) və Sevda Pirseyidova (44 kq) bürünc medala sahib çıxıb.
Qeyd edək ki, Azərbaycanın yeniyetmə, gənc və böyüklərdən ibarət yığma komandaları sayca 4-cü dəfə keçirilən "Turkish Open” beynəlxalq turnirndə tam heyətlə təmsil olunur.