Azərbaycan taekvondoçusu Sina Bahrami Türkiyənin Antalya şəhərində keçirilən "Turkish Open" turnirində qızıl medal qazanıb.
Sportnet.az-ın Azərbaycan Taekvondo Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumat görə, 68 kq çəki dərəcəsində mübarizəyə qoşulan 25 yaşlı idmançı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb
Tunirin 3-cü günündə qüvvəsini sınayan "Azəri" klubunun üzvü Mikayıl Əliyev (54 kq) isə yarımfinal döyüşündə məğlubiyyətlə üzləşərək yarışı bürünc medalla başa vurub.
Qeyd edək ki, Azərbaycan taekvondoçuları turnirin ilk 2 günündə 1 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıb. Yarışa bu gün yekun vurulacaq.







































































