1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Erməni döyüşçüdən separatçı hərəkət
Rusiyanı təmsil edən erməni döyüşçü Vartan Asatryan MMA üzrə 59-cu beynəlxalq "Fight Nights Global” turnirində separatçı davranışa yol verib.
Sportnet.az-ın məlumatına görə, xoşgəlməz olay Rusiyanın paytaxtı Moskvadakı "Ximki Arena”da erməni idmançının Azərbaycanın "TT Fight Club”un üzvü Elnar İbrahimovla döyüşü zamanı baş verib.
Döyüşün başa çatmasına 55 saniyə qalmış V.Asatryan texniki nakautla qalib gəlib və qələbəsini qondarmda Dağlıq Qarabağ Respublikasının bayrağını açaraq qeyd edib.
TT Figt Club"un inzibatçısı Emil Axundov Sportnet.az-a açıqlamasında döyüş kadrlarını televiziya vasitəsilə izlədiyini bildirib. O, erməni döyüşçünün qələbədən sonra rinqə qondarma qurum bayrağı ilə çıxdığını təsdiqləyib. Lakin Axundov buna klubun və nümayəndə heyətinin rəhbəri Şəhriyar Abbasovun necə reaksiya verməsindən məlumatsız olduğunu bildirib: "Döyüşdən sonra Bəxtiyar müəllimlə əlaqə saxlaya bilməmişik. Hazırda onlar yoldadırlar. Amma bilirəm ki, əvvəllər də ermənilər belə hərəkətə yol verdikdə, Abbasov təşkilatçılara ciddi etiraz etmişdi".