1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Karateçilərimizdən 9 medal
Türkiyənin İstanbul şəhərində 30-cu beynəlxalq "Bosfor" turnirində iştirak edən Azərbaycan karateçiləri 19 medal qazanıblar.
Sportnet.az-ın Azərbaycan Milli Karate Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, medallarda 6-sı qızıl, 3-ü gümüş, 10-u isə bürünc əyarlıdır.
Firdovsi Fərzəliyev (60 kq), Niyazi Əliyev (67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev (84 kq), Asiman Qubanlı (+84 kq) və Rövşən Əliyev (kata) yarışın qalibi olublar. Tural Ağalarzadə (67 kq), Şahin Atamov (+84 kq) və İsmayıl Quliyev (kata) fəxri kürsünün ikinci pilləsinə qalxıblar.
Fərid Savadov (11 yaşlı uşaqlar, 35 kq), Hüseyn Məmmədli (13 yaşlı uşaqlar, 55 kq), Həsən Əliyev (16-17 yaşlı gənclər, 55 kq), Samir Məmmədov (75 kq), Orxan Heydərli (+84 kq), Tural Balcanlı (kata), Nuranə Əliyeva (50 kq), Fəridə Abiyeva (61 kq), həmçinin komanda yarışlarında İlahə Qasımova, Fəridə Abiyeva və Nuranə Əliyevadan ibarət kumiteçilər, Rövşən Əliyev, Tural Balcanlı və İsmayıl Quliyevdən ibarət kataçılar bürünc mükafatlara layiq görülüblər.
Qeyd edək ki, turnirdə 1502 idmançı iştirak edib. Azərbaycan medal cədvəlində 25 ölkə arasında 2-ci yeri tutub.